Day bele...
Day belə...
Şəkər xanıma. Səs ucaldan qonşu alıb özünə , Gecələri düşüb rok – caz izinə, Səsləndirir, baxmır kimsə sözünə, Qulaq batır, olur mənə toy belə, Dözəmmirəm qonşuluğa, day belə. Qonşu xanım fala baxır fal tutur, Şeytan olub, insanlığın unudur, Əli xoş gətirir, hələ ki udur, Bunların günahın asta, say belə, Dözəmmirəm qonşuluğa, day belə. Din adından söz danışır yalandı, Şeytan adlı siovnistə palandı, Vəzifədə hiylə ilə qalandı, Qumarbazdı, hər gün atır cay belə, Dözəmmirəm qonşuluğa, day belə. Aldanaraq çoxu düşüb toruna, Söz deyəmmir qanunlar da harına, Arxeyindir bu manqurt öz varına, Hiylə ilə alır çoxlu pay belə, Dözəmmirəm qonşuluğa, day belə. Gəncləri də öz yoluna səsləyir, Üskük oyun, öyrətməklə bəsləyir, Gəliri qumardan daim izləyir, Bunda yoxdur insanlıqdan hay belə, Dözəmmirəm qonşuluğa, day belə. Məmur görüb pulu yaman yanıldı, Cinayəti örtdü hər iş danıldı, Fala baxan dindar kimi sanıldı, Beləsinin əməlinə vay belə, Dözəmmirəm qonşuluğa, day belə. Su satan da səhər tezdən fit çalır, Qatıq satan, metal alan səs salır, Yuxumda dağılıb səs-küylə qalır, Ah niyə olubdur insan zay belə, Dözəmmirəm qonşuluğa, day belə. Baxırsan ki bu səslərə səs gəlir, Sözbazlara söz ilə nəfəs gəlir, Bu şəhərdən köçməyə həvəs gəlir, Dedi-qodu sözlərindən doy belə, Dözəmmirəm qonşuluğa, day belə. Hünərin var sən olanı düz denən , Nə deyirlər ondan əlin üz denən, Gəl dalama bunlara az söz denən, Şərlənərək tutularsan ay belə, Dözəmmirəm qonşuluğa, day belə, Olmasanda sən bunlara tay belə, Sal yerini yat möhkəm bay-bay belə, Dözəmmirəm qonşuluğa, day belə... 21.07.2014. 1. Çay – qumar oyunudur; 2. Üskük oyunu – dolandırıcı oyunudur; |