SOMADA...
SOMADA....
Bu nə hal, Nə əhval, Yazını yazammıram, Səbəbin yozammıram. Şokdayam, anlamıram, Bu terrormu, ya qismət, Ya təbii fəlakət. Nədir qardaş, bilmirəm, Bir qərara gəlmirəm. Düşmüşük nədən elə, sızlayan dərd bəlaya,- Somadakı olaya?.. İçim susmur, Için-için ağlayır, Qəlbimi də dağlayır... Yetim qalan cocuqlar Şəhidə yas saxlayır.., Soma özü ağlayır... İnsanlığın varlığı, Toplanıbdı ora da... Dünyanın sonu gəlir, Başlanıb ilk , Somada, Bu olayın özünə, Mat qalıbdı dünyam da... Bu qədər şəhid olmaz.., Qanları yerdə qalmaz... Görüb, yazan insana, Ürək lazım,daş ürək, Bunları yazsın gərək:- -“Abi, Mahmud çıkmadı”, Sözünə dözsün gərək, “Onun eşi hamile”,- Sözünü çözsün gərək... İnsanlığın varlığı Toplanıbdı ora da, Dünyanın sonu gəlir, Başlanıb ilk, Soma da, Bu olayın özünə, Mat qalıbdı dünyam da... |