EZİZLEME...
Əzizləmə...
Gedirsən yaxşı yol,yolundan olma, Mənim həyatımdan get,əzizləmə. İstəyin bu idi,istəyinlə ol, Arzuna,kamına yet ,əzizləmə. Sən məni bezdirdin işvə-nazından, Tikanlı sözlərlə bəd avazından, Bəxtim gətirmədi eşqdə azından, Artıq varlığımdan it,əzizləmə. Allahım verdiyi yaşam zamanı, Sevdalı deyilən bu şirin canı, Eşqimə vermədin bir şad amanı, Aralan,bildiyin et,əzizləmə. Sənə uğurlu yol,düşüncənlə get, Ürəyin istəyən amalına yet, Bizimki tutmadı,eşqimi tərk et, Səbəbi qəlbində did,əzizləmə. Şimşək tək sən çaxıb göstərmə özün, Sözün var saxlama,açıq de sözün, Əsəblə süzdürmə o ala gözün, Eşq qəlbim məhv edib sərt,əzizləmə. Axtarma günahı dağda,aranda, Axtar öz qəlbin də məni soranda, İnadla günahın səni yoranda, Bayrama sən verdin dərd,əzizləmə. |