Razı ola...
Razı ola...
Sevirəm mən qəzəli,öz dilimdə yazı ola, İstəməm misralarda özgə dilin pazı ola. Gözəllər eşqinə muncuq kimi sözlər düzülə, Oxşaya könülləri,qan oynadan yazı ola... Sevdalı aşiqlərin eşqini tərənnüm edən, Eşq sözlü beyitlərdə gözəllərin nazı ola. Baxa aşiq sevdadan ləzzət alan məhəbbətə, İçməmiş meyxoş olan sevdalı avazı ola. Ədalı sözlər ilə gəzməyə eşqdən aralı, Eşq bizim can evimiz,eşq ilə eşq sazlı ola. Bayrama qaş-göz edən, hər cana verməz canını, Verər qəlbin birinə,əgər qəlbi razı ola... 13.02.2015. |