İSMAYILIM
Tanrı səni mənimçün əvəzsiz əta verib,
Evimə bir yaraşıq,ən gözəl buta verib, Qığıltın həyatıma,ruhuma qida verib. Həyatımın şənliyi,büsatısan,İsmayıl, Sən atamın balası,həm adısan,İsmayıl. İndi ömür bağımda ən ətirli gülümsən, Sən gözüm,bəbəyimsən,sən danışan dilimsən, Ən dəyərli nemətim,sən şirindən şirinsən. Sən ağzımın ləzzəti,həm dadısan,İsmayıl, Sən atamın balası,həm adısan,İsmayıl. Ürəyimdə döyüntü,sən damarda qanımsan, Fikrim-zikrim,zehinim,beyinimsən,canimsan. Sən xoş günüm,dəqiqəm,saatımsan,anımsan, Sən yeganə oğlumun övladısan,İsmayıl, Sən atamın balası,həm adısan,İsmayıl. Sən gələli ağrımı,acımı unutmuşam, Ürəyimdən kədəri,qəm-qüssəni atmışam, Ən müqəddəs,ən böyük istəyimə çatmışam. Fədakarın uçmağa qanadısan,İsmayıl, Sən atamın balası,həm adısan,İsmayıl. |
Selam ile saygılar...