- 794 Okunma
- 1 Yorum
- 0 Beğeni
Toprak Ne Zaman Yurt Oluyor
TORPAQ NƏ ZAMAN “YURD” OLUR
Nəvə babasına sorğular sorur,
Suallar babanı incidir, yorur.
-Ay baba nədəndir tutulyb üzün?
Kəsilib əvvəlki söhbətin, sözün?
Fikirlər, xəyallar üzübdür səni,
Elə düşünürsən ana vətəni.
Qəm yemə: -Ay baba düşünməklə sən,
Azad olacaqmı o, doğma vətən?
Tutaq ki, vətənlə dərdini böldün,
Bu ağır kədərdən, qüssədən öldün.
Qayıda bilmədin o, doğma yurda,
Səni dəfn eylədik bax elə burda.
Onda da torpağın alışar, yanar,
Düşünmə qəflətdən millət oyanar.
Bir də ki, ev-eşik veriblər bizə,
Ehtiyac qalmayıb öz evimizə.
-Ay bala tezliklə azad olacaq,
Millət Qarabağı geri alacaq.
Vətənsiz yaşamaq ağırdır-ağır,
Elə bil üstümə od-alov yağır.
Qarabağın köbəyində doğuldum,
Bu yerlərdə tükəndim mən, boğuldum.
-Çoxmu sevdin Qarabağı ay baba,
-Bu nə sözdür danışırsan ay bala.
Bircə dəfə o, torpağı görsəydim,
Cənazəmi o, torpağa versəydim,
Rahat uyuyardım, yatardım orda,
Ruhumu ruhlara qatardım orda.
-Ay baba, ay baba bəs mənim dərdim?
Çadırda doğuldum dünyaya gəldim.
Ötüşdü həftələr, aylar, fəsillər,
Nəsillər dalınca , gəldi nəsillər,
Keçdi üstümüzdən neçə nəs illər,
Artdı küçələrdə, artdı səfillər.
Bəs mənim vətənim haradır onda?
Yaşadım çadırda, köhnə vaqonda.
O, nimdaş çadırlar gəlir yadıma,
Böyük bir ləkədir xalqın adına.
-Ay baba yaşadım zənni-gümanda,
İnana bilmirəm yaxın zamanda,
Qarabağımızı qaytaraq alaq,
O, cənnət məkana biz hakim olaq.
-İnamsız olmasın insan ay bala,
Salanlar salıbdır bizi bu hala.
Qisas qiyamətə qalası deyil,
Millətim şərəfsiz olası deyil.
-Ekrana, efirə fikir ver baba,
Toy çalıb oynayır hər el, hər oba.
Şoular millətin girib canına,
Cox təsir eyləyib cavanlarına.
Bu dirçəliş günü, qurtuluş günü,
Kəsilmir ellərin toyu, düyünü.
Nə zaman dirçəldik , kimdən qurtardıq,
Nə zaman düşmənin əzmini qırdıq.
Görürsən cəmiyyət hansı haldadır?
Millətimiz əyri, dalan yoldadır.
Xəzinələr çox boşalıb, dolubdur,
Var-dövlət vətəndən üstün olubdur.
-Ay bala Türk oğlu qınında yatır,
Nə zaman ki, bıçaq sümüyə çatır,
Bax onda oyanıb “Qurda”çevrilir,
Aldığı torpaqlar “Yurda”çevrilir!. . . .