- 378 Okunma
- 0 Yorum
- 0 Beğeni
Şiringül Şair ile Hoşsohbetlik Şiir.. / Hikmet Okuyar
Bakülü Akademisyen Sanatçı Şiringül Musayeva Şiirleri daha çok olsun daha çok okunsun..Tebrikler teşekkürler..Eseri, Şebinkarahisar Şiir Akşamları, Okuyar Şiir Sohbetleri içinde okuyacağız yorumlayacağız..1001 İSİM 1001 ESER OKUYAR KARMA SANAT SERGİSİ Etkinlikleri kapsamında tanıtımını da yapacağımız tasarımı bir defa daha özenle övünçle paylaşıyorum.. H / O.
..........
Xoşbəxtlik de nədir ?--şeir -Şiringül Musayeva
*
Xoşbəxtlik dalınca qaçan ,
gülüm sən ...
Nəyi arayırsan ,
Nəyi gəzirsən?
*
Xoşbəxtlik de nədir ?
Görüm ...bilirsən?
Yolda itiribsən..Bəlkə, onu sən .
Haçansa geriyə dönəbilsəydin ...
Onu o yerlərdən götürəbilsən...
Ah ...didir qəlbini qorxunc xəyallar
Başında min ilin əfsanəsi var
*
Bu yollar geriyə dönməz ki, əfsus...
Ağlamaq istərsən ...
Gəl ağlama sən
Ağlamaq insana heç bir şey vermir .
Vurul gələcəyə , gülüm yenə sən
Xoşbəxtlik ondadır , səadət onda
Gələcək yollarda yenə səhv etsən
Nəyisə itirmək qorxusu olsa ...
Çağır inamını ,məhəbbətini
Bir də insanlığın ülviyyətini
İnan yaxşıların yaxşılığına
(Pislərin pisliyi özünə qalar)
Götür xoşbəxtliyi ...
Bil ki , sənindir...
*
Əlindən almazlar , quzum inan sən
O sənin ...o sənin ...öz qismətindir...
Qoru bu yollarda , özünü qoru ...
İnsanlığı qoru ...Saflığı qoru
O səni haçansa haçansa gülüm...
Yetirər günlərin xoş çağlarına
Qəlbin təmizlənər kədərdən onda
Səni sevinc bürər ...
Səadət bürər...
Bilərsən dünyada təmizlik yaşar ,
Bilərsən dünyada ağ bir işıq var...
O sənin öz qəlbin , öz fitrətindir ...
Bütün insanlığın ülviyyətindir....---Şiringül Musayeva
.......
YORUMLAR
Henüz yorum yapılmamış.