"TƏKƏ-TƏK ( Dodaqdəyməz cığalı təcnis )" isimli şiir 9.1.2019 08:58:21 Edebiyatdefteri.com Web Zamanında Edebiyatdefteri.com Sunucularına Yüklenmiş/Güncellenmiştir.
Edebiyatdefteri.com sunucularına yüklenen veya güncellenen şiirler web zaman damgası ile işaretlenir. Web zaman damgası ile işaretlenen şiirleri sertifika zamanında yer alan bilgilere göre doğruluğunu taahhüt eder.
Detaylı Bilgi İçin Tıklayın.
Yar ilə çəkəsən eyşi-işrəti, Qalasan yanında elə təkə-tək. Təkə-tək, Qaldın niyə tək ə tək? Sarıl yara həsrətlə, Danış gizli, təkə-tək. Nazlana-nazlana gələ yanına, Geyinə əyninə zərli tək ətək.
Ah eylədi aşiq, yandı, dərdi nə? Hərcayılar cəhd elədi, dərdi nə? Dərdi nə, Ağlayanın dərdi nə? Yaxşı qardaş hardadı, Qala qardaş dərdinə? Dərd çəkənlər sığal çəkdi dərdinə, Niyə qaldın sən də axı tək, ə tək?
Yar yarına şirin gələ yetişə, Qeyrət elə, çalış sən də yet işə. Yetişə, Yet haraya, yet işə. Dərdə əlac Haqdandı, Axır gələ yetişə. Yaradanın haq nəzəri yetişə, Ay Əflatun, sıx sarıla təkə tək.
Sitemizde daha iyi hizmet verebilmek için sitemizde çerez kullanılmaktadır.