SEVGİYanından ötürsən bir gül köşkünün rəng-rəng çiçəklərə bax, qəlbini riqqətə gətirən sevgiyə bir çələng hör, eşqlə süslənmiş gözəlliyi gör; bütün güllər sanki bir hekayət danışmağa müntəzir kimi... Elə həyat özü bir sərgüzəşt- vüsal,ayrılıq,həsrət... Çiçəklərə bax; bir şeir dilinin ucunda ballanacaq aşiq olacaqsan- işıq olacaqsan, təpədən-dırnağa yaxşılıq olacaqsan. Çiçəklər sənin yaxanda bitəcək- yuxun itəcək tikanları da oxşayıb əzizləyəcəksən... Çiçəklərə bax: ağı, qırmızısı, çəhrayısı- çəhrayıda rahatlanıb dincələcəksən qırmızıda çılğınlığın, ağa baxanda baxışınla ətirlənəcək “ağ gül,qırmızı gül, bir də sarı gül”misrası... Yanağın ay parçası deyəcəksən ilahi,mən... mən... sevirəmmiş; kimi? Bax,onda düşün- düşünə biləcəksənmi?!. (azeri türkçesinde) |