İLAHİ,TƏMƏNNAM...İlahi,təmənnam acizanədi- Barı,bir suala cavabım olsun. Azmı danışmışam özgə diliylə, Özümdən soracaq hesabım olsun... Gündüzə nur aldım mən dan üzündən, Boğulub çıxmaq var eşq dənizindən... Neynirəm ki,ağ tük bitə dizimdən, Dizlə yer eşməyə qoy tabım olsun. Baş etmək çətindi bu dünya ilə, Oyandım yuxudan bir röya ilə... Könlümü sevindir bir badə ilə- Mənə də bir qurtum şərabın olsun... |