GECƏ VAR...
GECƏ VAR…
Azerbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə gecə var adi gecələrdən biri gecə var zülmətinə işıqlar həsəd aparır gecə var gündüz nədi ki... gecə var lülədən çıxan qırmalar ətrafa qığılcımtək səpələnir gecə var,bir ana,qəlbinin təlaşını ulduzlara danışır gecə var:"vətən,sən sağ ol" gecə var bir ürəyin döyüntüləri nəğmələrdə həyat tapır gecə var:"ilahl,bizi sınağamı çəkmisən" gecə var şərəflənir gecə var qəhrəmanlıq taxta çıxır gecə var qulaqlarda qəfil partalayan bir xəbər gecə var:"ey mənim qeyrət damarım,cuşə gəl" gecə var bir qürur himni oxuyur və hamını oxudur gecə var...fələklər belə məəttəl... gecə var ən parlaq bir səhərə məktub yazır gücə var:"mənim kəramətimi gördünüzmü,adamlar" gecə var min bir arzunu bir könüldə səsləndirir gecə var min-min əl bir ələ salam verib baş endirir gecə var bir yüzü,mini vurub keçir! gecə var,iki gözün nurundan özü üçün əbədi olaraq yadigar saxlayır gecə var hansısa bir günün zəfər müjdəçisi gecə var:"əmdiyim südə,aldığım öyüdə and olsun!" gecə var:"qardaşlar,anam atam heeyy..." gecə var necə gecə,necə bir gecə... |