MİRAS
Ocağım-odum mirasdı...
Gün işığı sanki ilahi mirastək gəlib çatır bizə... Bəzən düşünürəm dərdim mirasdı- nəsildən-nəsilə keçən miras, bu gün mən ona sahiblənmişəm... Yunus Emrenin selamı, Şems Tebrizinin kelamları mirasım, Mirasımız; bu mirasların yeri könüllərdir, yaddaşlardır, düşünən başlardır... ey qələm,yaz: Nəsiminin dözümü, İnadı, hər axşam üfüqdə s a r a l a n günəş-miras və hamımıza yetəcək qədər sevinc,kədər... Xəyanətləri, şəri, hər cür pisliyi də miras bilənlər var- yox,var sayılmaz onlar... əsrlərdən bəri insan üzündə gələn təbəssüm, gözlərdəki sevgi nuru, sədaqət,inam,etibar- Gör,nələrin varisiyəm, Gör,nələr mirasımdı- ömür boyu bəhrələndiyim miraslar!.. |
Kalemin susmasın
_____________________________ Selamlar