Yol gedirəm!
Yol gedirəm,
Yarımçıq gecədən -Bütöv səhərə. Ölmüş bir ümiddən, Solğun o diləkdən – Can dilənirəm. Yol gedirəm, Tərs dünyanın -düz yoluna. Günəş itib əllərində, Əllərindən sovruluram, Günəşimi axtarıram. Yol gedirəm! Məndən qopan illərimə, Mənə qalan illərimə - - Illərimin harayına. Göydən qovulan evsiz, eşiksiz ulduza doğru, Yol gedirəm! Divarlar qalındı, Divarlar isti... Deyən qapıların açarı itib?! Bir ünvan eşqimə yiyə çıxıbdı, Ürək açarları həbs eləyibdi. |