İçində
Elnur Rəsuloğlu (Əliyev)
Gecə qonaq idin yuxuda mənə, Qapımı döyürdün qorxu içində. Bildim ki, bu sənsən duycaq ətrini, Ətirlər içində, qoxu içində. Yox oldun baxmamış gözlərinə mən, Səni tapdım düşüb izlərinə mən, Başımı qoymuşdum dizlərinə mən, Yuxuya getmişdim yuxu içində. Yuxudan oyandım, ayıldım sənsiz, Dözmədi ürəyim bayıldım sənsiz, Bir dəli, divanə sayıldım sənsiz, Hörmətdən də düşdüm çoxu içində |