Sən olmasaydın
Elnur Rəsuloğlu (Əliyev)
Rahat buraxmayır məni bu sual: Görən nə edərdim, sən olmasaydın? Bəxtəvər olmağa tapmamış macal, Bil, ölüb gedərdim, sən olmasaydın. Gözlərim həmişə tox olub inan, Üzümə gülənlər çox olub inan, Qapanıb özümə, yox olub inan, İynətək itərdim, sən olmasaydın. Bizim ikimizi hislər bağlayır, Sevgi qapısını pislər bağlayır, Cümləni həyata sözlər bağlayır, Cümlətək bitərdim, sən olmasaydın. |