Şiirin Politik Dili...
Azerbaycan’da bir müddet hapis yattıktan sonra Belçika’da sürgün hayatı yaşayan Şair Mirze Sakit ile İstanbul’da buluştuk... Şair Belçika’ya döndükten sonra, şaire hitaben aşağıdaki mısraları yazdım. İkinci bölümde ise Şair Mirze Sakit’in cevabı mısraları var. Her iki şiir de Azerbaycan Türkçesiyledir. C.K.
Mirze Sakit İSTANBUL’DAN QAYITDI! Mirze Sakit İstanbul’dan qayıtdı Türkmen kimi bir neçe söz ayıtdı Şairdir ya söze lezzetler qatdı Sen qayıtdın biz ne olaq ay Şair? Başımıza ne daş salaq ay Şair? Birinin elinde nöyüdün pulu Xalqın da belinde semeri, çulu Biz de sayılırıq Allah’ın qulu? Eybi yoxdu, qoy sayılaq ay Şair! Başımıza ne daş salaq ay Şair? Birisi hökümdar âlem dar ona Bize yoxdu amma her şey var ona Elbet qurulacaq bir gün dâr ona Biz de durub günü sayaq ay Şair! Başımıza ne daş salaq ay Şair? Birisi cihana ferman yazdırır Pul dediğin iti bile azdırır Ahaliyi hayatından bezdirir Biz de susaq, secde qılaq ay Şair? Başımıza ne daş salaq ay Şair? Kâsıblıq bu xalqın belini bükür Onun magneti var, pul pulu çekir Bakü’de alovdan gülleler tikir Bizimki de yapma qalaq ay Şair! Başımıza ne daş salaq ay Şair? Bu gedişle men çıxaram sıramdan Ankara’da saray qurduq haramdan Neşter vurma irin axar yaramdan Qoy biraz da bele duraq ay Şair! Başımıza ne daş salaq ay Şair? Cahit Kılıç İstanbul, 20 Aralık 2014 Mirze Sakit’in Cevabı Aldı görək Mirzə Sakit Cahit əfəndimizə nə dedi: Ustadlar ustadnaməni bir deməz iki deyər.. Biz də deyək iki olsun... --------------------------- Cahit Kılıç, söylədin ki, mən bağam, Mən də bağda budaq üstə yarpağam Halal südəm, süd üstündə qaymağam, Məni yeyib yeyənlərə mən dadam, Bir qandayıq, gəl birləşək, ay qadam İstanbulda xoş əhvalla görüşdük, Çox kövrəldik, qucaqlaşdıq, öpüşdük Xəyal qurduq, Ağbabadan ötüşdük, Özün gördün, bir yerdəykən çox şadam Bir qandayıq, gəl birləşək, ay qadam Bilirəm ki, deyəcəksən - Biz birik, Əməldə də kəlamda da düz pirik Bir oylağda hər birimiz yüz şirik, Doğruya qul, əyrilərə cəlladam Bir qandayıq, gəl birləşək, ay qadam Ərzurumun gədiyindən aş bizə, Gəlib salam söyləyəydin kaş bizə Hər tərəfdən tullayırlar daş bizə, Doğma eldə elə bil ki, mən yadam Bir qandayıq, gəl birləşək, ay qadam Üstümüzə hərzələndi hər gədə, Əskilmədi üstümüzdən xof-hədə Baxıb-baxıb aramızda sərhədə, Yüz ildi ki, alovlanan gur odam Bir qandayıq, gəl birləşək, ay qadam Qardaşdılar Bakı-Təbriz-Ankara, Aramızda yaman çoxdu ağ, qara Baxan yoxdu ayaq altda haqqlara, O əzilən haqq içində fəryadam Bir qandayıq, gəl birləşək, ay qadam Baş bəlamız rəngi qara nöyütdü, Nöyüt satan şeytan oğlun böyütdü O da bizə bar verməyən söyüddü Gölgəsində yadellilər, yad adam Bir qandayıq, gəl birləşək, ay qadam Bir gün yenə Mirzə qalxar göylərə, Salam deyər bəy oğlundan bəylərə, Hər gedəndə türk köyündə öylərə, İstəyərəm şor yesəm də bal dadam Bir qandayıq, gəl birləşək, ay qadam... Mirze Sakit Belçika, 21 Aralık 2014 |
Men bu dostları sayqıynan yad eliyirem
Üreyiniz qeleminiz şad olsun
____________________________________________Salam olsun ustalara