"Bülbül-Gül"
"Bülbül-Gül"
Bülbüldüm çəməndə,üz-üzə gəldik, İlk baxış ötmədi,lal gözümüzdən, Qaynadı ilhamın,şeir mayası, Bir dəfə alışan,eşq közümüzdən.. Piano ötdükcə,bənzər bülbülə, Sənsə dillərində,açılan gülə, Bəstəkar ürəyi gəldikcə dilə, Nəğmələr yazacaq,üzərimizdən,. Təbiət zəngindir,hər yeri sərvət Bülbülün sayı çox,gül səbət-səbət, Bizə lazım deyil,zəngin təbiət, İlham alırıqsa,bir-birimizdən.. Eşqimiz donsa da,şaxtada,qarda, Aşiq ürəyimiz,yaşar baharda, Nicat tapacağıq,yaşanmaz darda... Eşq üçün güc alsaq,ürəyimizdən. Bülbül-gül olsaq da,eyibimiz var, Eyibi olanlar,eşqdən az anlar, Eşqi anlamağa,eyib tikanlar, Hər dəfə yaranmış,sərt sözümüzdən.. Eyib tikanlardan,pərişan olub, Eşqimiz inciyib,üzümüz solub, Xain qarğalarsa,çəmənə dolub, Sevinc tapacaqlar,pərt üzümüzdən.. Müəllif : Abdullazadə Orxan 28.06.2014 |
Yürekten dillenmiş nidaların avazıydı dizeler.