0
Yorum
0
Beğeni
0,0
Puan
1266
Okunma
Qaranlıqda daha yaxşı görürəm
Fikir işığında,söz işığında.
Qorxmaz gündüzün də zülmətindən heç
Hər kim yolu getsə öz işığında...
Susub sükutunla nəsə deyəsən...
Gözü yumaraq da görmək gərəkdi.
Dünyada bir işıq yolu tapmağa
Zülmətin özü də bəzən köməkdi...
Keçsən su üstündən batmazsan bəlkə...
Haqdan bu ağırlıq demə ki,nədi.
İynə ucu boyda işıq da belə
Dünyanı doldurmaq qədərindədi...
Şakir Xanhüseynli
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.