USTADIM..
Ustadım,
həyat məktəbində aldığım müəllimsiz dərslər mənə çox şey verdi; kimsə öyrətmədi,amma öyrəndim, hə,yaxına baxıb uzaqları görməkmiş əsas məsələ... Ustadım, bir soru sorum: -Ağlımız yaşamımız üçün yetərlimi? Bəlkə bildiklərimizə nəsə əlavə edək? Axı,həyat “dəqiq plan” üzrə getmir-burada düzxətt boyunca hərəkət yox... Biz sanki bir dairə içindəyik-ayağımızın yerinə bəzən başımız düşür və çox vaxt “pak,təmiz vicdanımız” irəliləməyimizə mane olur; əstəğfürullah!.. Ustadım, gücsüz güclüdən güclü,suçlu haqlı,az çoxdan çox, göz gördüyündən qorxmur,köhnə bazarlara təzə nırxlar qoyulur... Ustadım, biri varından gileyli,biri yoxundan... dişi dişini kəsənlər nə qədər... bəziləri elə sanır boğazlarında nəsə qalıb-udquna bilmirlər... ...Eh,Ustadım... Şakir Xanhüseynli |