Qayıda
Sahil...
Yenə ləpələr... Yenə qumlu sahil... Səninlə ötüb-keçən ömrümün xoş xatirəsi o bir il... Toxunmuram... Toxunmağa qorxuram... Qum təpəcikləri kimi uçar,dağılar deyə... Axşamüstü... Qağayıların həzin səsi... Qüruba doğru irəliləyən günəşin qürubu... Sənin xatirən... Mənim hafizəm... Unutmuram... Niyə,nədən? İrəlilədikcə arxadan məni izləyən addımlar kölgəsi... Sulara qarışan məhəbbətinin ilıq nəfəsi... Ara-sıra sayrışan mayakların şöləsi... Balıqların atlas libası... Sənli günlərin xatirəsi... |