Gəl sevim səni...
Gəl boyuna qurban gəl sevim səni…
Men belə dəliyəm,Məcnuna tayam, Bəzən coşub-daşib gôzümden çayam, Bu cür istəmirəm,canıma qıyam, Gəl,boyuna qurban gəl,sevim səni.)) Məndə ki,bu eşq var,yaxar ha yaxar, Baş üstə şimşəyin çaxar ha çaxar. Bir gün məni üzüb yixar ha yixar, Gəl boyuna qurban gəl,sevim səni. Gündə dilim deyər adını sənin, Ruhum arzu edər,dadini sənin, Anla belə yandım,oduna sənin, Gəl boyuna qurban gəl,sevim səni. Cahanda görmədim sən tək cananin, Ölləm,qurbanıyam dərdim qananin. Qoy dönüm,başina min yol dolanım, Gəl,boyuna qurban gəl sevim səni. Üzübsən canimi məndən bixəbər, Mən səni sevmişəm,səndən bixəbər. Deyilsən üsuldan ,çəmden bixəbər, Gəl,boyuna qurban gəl sevim səni. Dağlarin qoynunu sarıbdir,duman, Zirvənin könlüne gəlibdir iman. Bu eşqdə bir sən ol,halımı qanan, Gəl boyuna qurban gəl sevim səni. Baxıram,ûzûnə,qaşların hilal, Öldürür,sürüyür,məni bu məlal. Inan,gözüm,canım,mənimsən,halal, Gəl,boyuna qurban gəl sevim səni. Bu qaşlar,bu gözlər,kimdə var,kimdə, Odlayır,yandirir,məni qəlbimdə. Görmək istəyirəm səni,evimdə, Gəl,boyuna qurban gəl sevim seni. Nigar Məhərrəmli….25.10.2013….. |
Bihaber sevdalara düşmek...
Ve,
böyle güzel şiirler kaleme almak.
Az buçuk Azerice öğrendik ya,
çok hoş oldu bu şiir...
Çok hoş oldu bu şaire rastlamak...