şiir
Elnurə Ağazadə-Qoynuna al məni
Hicran qonağımdır mənim, Alovludur könül qəmim Batmaqdadır sevgi gəmim, Dəniz qoynuna al məni *** Sahilində ayaq izim, Pünhan qalıb qəlbdə sirrim Bu dünyadan ötüb keçim, Dəniz qoununa al məni *** Bir yığındır dərdi sərim, De bir çarə mən nə edim Dalğalara qonaq gəlim, Dəniz qoynuna al məni *** Elnurəyəm şeir dilim Söz sənətdir mənim izim Qucağında ölüb gedim, Dəniz qoynuna al məni |
Təbrik edirəm ...
Bir də dəniz mənzərəsi eklersen çox daha gözəl olur ...