ŞİMDİ ARIYORUM BEN NE SEVGİ VAR NE DE SEN(İNDİ AXTARİRAM MEN NE SEVGİ VAR NE DE SEN) A.S.E
Qelbindeki sevgini yağış yuyub apardi
Severken seni menden meni senden qopardi Biz sənlə gizlənərdik, sevgi bizi tapardı İndi axtarıram mən, nə sevgi var, nə də sən… Ne tez payız gəldi ki, heç yaya doymamışkən Əhvalım hava kimi, hər an olub dəyişkən Nə tez ayrıldın məndən, sevgimdən doymamış sən İndi axtarıram mən, nə sevgi var, nə də sən… Ağladınmı gecələr, hər kəsdən gizdi-gizdi Sanırdım xoşbəxt idik, ikimiz-sizdi-bizdi Ürəyimdə yaralar səndən qalan tək izdi İndi axtarıram mən, nə sevgi var, nə də sən… Qəlbimin sevincini, əsdi, dağıtdı külək Sevgini daşıyırdı, ağlayırdı kəpənək Mən səninçün qəhrəman, sən mənimçün bir mələk İndi axtarıram mən, nə sevgi var, nə də sən… Duyğularımdan sənə hədiyyə bağlamışdım Verdiyin məhəbbəti qəlbimdə saxlamışdım Sen gedərkən bilirsən nə qədər ağlamışdım? İndi Yaxtarıram mən, nə sevgi var, nə də sən… İndi tək oturmuşam, düşünürəm tək səni İtirmək çox çətindi dəhşət sevərək səni Bilmirəm mən bilmirəm, unutmur ürək səni İndi axtarıram mən, nə sevgi var, nə də sən… Daha yazmayacağam, söz verirəm özümə Üsyan edirlər daha göz yaşlarım gözümə Xoşbəxtsənsə nə yaxşı, fikir vermə sözümə İndi axtarmaram mən, nə sevgini, nə səni….. |