Xəyanətin Pirr qələbəsi
Sevgi çox uzaqdır məndən, xəyanətlər çox yaxın.
Xəyanət düzündüyəm, sevgi zirvəsinə çox qalıb. Düzənlikdə çaylar axır, zirvədəsə hava ağır. Yağış yağır, sevgi islanır Xəyanətdə gizlənməkçün yerlər çoxdur! Xəyanətdə var həyəcan, sevgidəsə var qorxu; Onu itirmək qorxusu, Onu qazanmaq arzusu. Və təbii ki puç olur arzular, Fikirdən qalmaq gecələr yuxusuz! Sonra gəzmək gün boyunca yuxulu. Sevgi çox qorxulu, qardaş, çox qorxulu! Bildik ki, sevginin yuxusuzluğu var... Hələ bu harasıdı! Bunun hələ qürursuzluğu var, Bunun hələ ümidsizliyi var, Canım sənə desin, Bunun hələ həsrəti var, hüsranı var Sonra naz çəkmək, Sonra siqaret çəkmək, Sonra ayrılıq, Sonra içmək...içmək...içmək... Və beləcə bir xoş gün görmədən, Bu dünyadan köçmək. Indi mənə de görüm; Necə sevim mən?! Niyə sevim mən?! Lap tutaq ki o da səni sevdi Məsəlçün deyirəm ha, onsuz da sevməyəcək! Lap tutaq ki o da sevdi. Axı bir gün ya sən bezəcəksən, ya o bezəcək! VƏ BİR GÜN MÜTLƏQ İKİNİZDƏN BİRİNİZ XƏYANƏT EDƏCƏK! SEVGİ XƏYANƏTLƏ BAŞLAR, XƏYANƏTLƏ BİTƏR! Heç kim ilk sevgisi ilə birləşməz! Və buna görə də hər kəs xəyanət edər, İLK SEVGİSİNƏ! Xəyanət edirik Gözdən pərdə salırıq Xəyanət edirik Xəyanət bizi gözdən salır Boş ver, dost Onsuz da sevgidə də ayrılıq sonrası Sənin haqda müsbət fikir qalmır Hər şey mənfiləşir Bu dünya orbit oxunda deyil, Koordinat oxunda mənfi sonsuzluğa doğru gedən vektordur! Hər şey çətinləşir. Bəlkə xəyanət sevgidən də gözəl hissdir. Bəlkə hətta Quran da İncilə xəyanətin nəticəsidir! - Məni sevirsən?! - Yox, xəyanət edirəm...Səndən öncəkinə Bir gün gedəcəm. Sənə də xəyanət edəcəm. |