SƏBƏBİ NƏYDİ?Şiirin hikayesini görmek için tıklayın 15.06.2010~Əsgərlikdə yazdıqlarım.......................
Sən mənə kədəri bəxş edib getdin, Ayrılıq hüznünü yaşadıb getdin Sevən gözlərimi yaş edib getdin, De niyə, nə üçün, səbəbi nəydi? Gecələr sən məni yuxusuz qoydun, Sevgimi məhv etdin duyğusuz qoydun, Dərin yara açdın sonra duz qoydun De niyə, nə üçün, səbəbi nəydi? Qırdın ümidləri puç eylədin sən, Ülvi məhəbbəti heç eylədin sən, Mənim həyatımdan köç eylədin sən, De niyə, nə üçün, səbəbi nəydi? Zamir Erkin AĞAZADƏ |