İmkansız eşqimsənSən mənim olmayan sevgilimsən, Sən həyat deyilsən, arzuladığm bir ölümsən... Sən tikanlı gülsən: dərə bilmədiyim. Mənə yaxın, məndən uzaqsan, hiss edib, görə bilmədiyim... Sən itirdiyim ünvansan: qayıda bilmədiyim. Sən də adi insansan, amma unuda bilmədiyim... Sən bitməyən düşüncəmsən, düşünərək çəkdiyim işgəncəmsən. Sən eşqinlə mənə həyat verib, həyatımdan çıxansan, Sevgi adlı dünya qurub sonra başıma yıxansan! Sən... məni özümə unutduransan... yaşamağa ümid verənsən. Səni sevirəm... Sən niyə mənim olmadın? .. -Bilmirəm... Sən — nə Allahın haram buyurduğu qadın, nə də haram içkimsən, Halalımsan... Sən sadəcə , imkansız eşqimsən, xəyalımsan, məlalımsan... Zamir Erkin |