4
Yorum
19
Beğeni
5,0
Puan
74
Okunma
Alev tüstü birdən-birə
Axşamüstü birdən-birə
Məndən küsdü birdən-birə.
Dolanıram qəmli-qəmli,
İki gözüm nəmli-nəmli.
Dağ başında günəş batdı,
Qəm karvanı mənə çatdı,
Qara bəxtim girib yatdı.
Dolanıram qəmli-qəmli,
İki gözüm nəmli-nəmli.
Sarı köynək, sarı güldə,
Kəpənəklə arı güldə,
Axtarıram yarı güldə.
Dolanıram qəmli-qəmli,
İki gözüm nəmli-nəmli.
Pay böləndə ağlar gözlər,
Şeir yazanda qəmli sözlər,
Mənə düşdü isti közlər.
Dolanıram qəmli-qəmli,
İki gözüm nəmli-nəmli.
------------------------
Alev tüttü birden bire
Akşamüstü birden bire
Benden küstü birden bire
Dolanırım gamlı, gamlı
İki gözüm nemli nemli.
Dağ başında güneş battı,
Gam kervanı bana çattı,
Kara bahtım girip yattı.
Dolanırım gamlı, gamlı
İki gözüm nemli nemli.
Sarı gömlek, sarı gülde,
Kelebekle arı gülde,
Arıyorum yâri gülde.
Dolanırım gamlı, gamlı
İki gözüm nemli nemli.
Pay bölünce ağlar gözler,
Şiir yazarken gamlı sözler,
Bana düştü sıcak közler.
Dolanırım gamlı, gamlı
İki gözüm nemli nemli.
5.0
100% (6)