0
Yorum
4
Beğeni
5,0
Puan
60
Okunma

Gül bağçasında solan o gül mən oldum!
O gülə yanan, hər dəm can mən oldum!
Hər qönçədə, yarın xəyalıyla ovunan mən...
O sinəyi-gülzarda, fəryad edən yenə mən oldum!
Yenə coşdu eşq, məhəbbət, əfəndim!
Süzüldü dimağdan hicranım, əfəndim!
İtib gedən illəri, gəl, mənə sor.
Arzuyla yanan ürəyi, tən qəfəsə sor.
Bir gül açar bağçamda; hər səhər,
Dilə gəlir bülbül, fəryad edər bir ömür.
Yenə coşdu eşq, məhəbbət, əfəndim!
Süzüldü dimağdan hicranım, əfəndim!
Qurumuş gülləri, gəl, mənə sor.
Çaldığın səadəti, itib gedən günlərə sor.
Bir gül açar bağçamda; hər səhər,
Dilə gəlir bülbül, fəryad edər bir ömür.
5.0
100% (3)