Muhammad Şamsul Huq şiiri Terane Turan Rehimli çevirisinde.
Muhammad Şamsul Huq (Babu) görkəmli benqal yazıçısı, tədqiqatçı, , şair və ədəbiyyat xadimidir. O, əslində 1972-ci il yanvarın 1-də tarixi və ənənəvi Köhnə Dakkanın bölgəsində anadan olub. Şəhadətnaməsində isə onun doğum tarixi 11 fevral 1979-cu il kimi qeyd edilib. 1993-1996-cı illərdə Dakkada divar qəzet və küçə jurnalının redaktoru olub. Ədəbi əsərləri: otuz səkkiz, digər yazıları iki yüzə yaxın müxtəlif tipli toplularda və antologiyalarda çap olunub. Yazıları bir çox ölkələrdə nəşr edilib. O, həm də jurnalist, rəssam və əlyazma ustasıdır. Muhammad Şəmsul Huqun öz onlayn xəbər portalı var. "Literature Housing & Business Management Ltd Company " sədri, Ümumdünya Yazıçılar Assosiasiyasının qurucu başqanı, "Unity Alliance" Təşkilatında müəllif, naşir və redaktor kimi fəaliyyət göstərir. O, Banqladeş İnsan Hüquqları Fondunun və "Publisher" Beynəlxalq Nəşriyyat Evinin üzvüdür. Bir çox ədəbi qurumlarda məsləhətçi kimi fəaliyyət göstərir. Xarici ölkələrdən və bir çox beynəlxalq təşkilatlardan medallar, fəxri fərmanlar, ordenlər və sertifikatlar almışdir.
Muhammad Şamsul Huq QADIN QƏLBİMDİR Qadın bizə anadır, Ömür-gün yoldaşıdır. Qadın qız övladıdlr, Qadın əziz bacıdır. Bunu unutma əsla. Qadın çiçək kimidir, Dünya onunla gözəl. Qadın məmnunluq verir, Qıymasın ona bir əl. Onunla yaxşı davran, Hörmət elə daima. Qadın mənim gücümdür, Onsuz bir an yaşamam. Azərbaycan dilinə tərcümə edən Təranə Turan Rəhimli |