Kış Tablosu
QIŞ LÖVHƏSİ
Yaxasını söküb bulud Qar ələyir küçələrə. Bəyaz pərdə çəkib bulud Gündüzlərə, gecələrə. Ağarıb bəxti Bakının, Gəlinlik geyinib şəhər. Qış sirri danışır quşlar Qar üstündə səhər-səhər. "Bəyaz güllər" səpələnir Çölə, düzə ləçək-ləçək. Naxışlanır pəncərəmdə Ulduz-ulduz, çiçək-çiçək. Düzüm-düzüm sırsıralar Ağacların buz sırğası. Sirdi, sehrdi, əfsundu Qarın, çovğunun qovğası. Mürgü döyür göy dalğalar, Dənizin yuxusu gəlir. Təbiətin nəfəsindən İlk sevgi qoxusu gəlir. Göylər bərəkət göndərir Torpağa qar tökə-tökə. Səttar fırçası gərəkdir Bu qış lövhəsini çəkə. TƏRANƏ TURAN RƏHİMLİ |