Rezauddin Stalin - Bangladeş . Səlahiyyət (Yetki)
Beynəıxaıq aləmdə tanınan çağdaş Banqladeş şairi, hörmətli dost RezaUddin Stalinin "Səlahiyyət" adlı şeiri Azərbaycan dilində.
Rezauddin Stalin - Çağdaş Banqladeş şairi SƏLAHİYYƏT Maddi olan hər şeyin öz səlahiyyəti var, Ağaclar oksigen yayar, Ayaqlar hədəfə doğru gedər, Çay susuzluğa tərəf axar. Ürəyin xilaskarı gözlər Həyata, yaşama şahidlik edər. Dodaqlar duyğuları anladar, Günəş zamanı xatırladar, Nəfəs ömrü uzadar, Ay da qabarıb çökən sudan ötrü ucalar, Dil tarazlığı saxlayar Kainat və ulduzlar arasında . Hər şey gedər təyin olunduğu hədəfə, Ruhdan başqa. Təkcə odur bildiyindən vaz keçməyən bircə dəfə. Azərbaycan dilinə ərcümə edən: Təranə Turan Rəhimli |
Saygılarımla.