3
Yorum
14
Beğeni
5,0
Puan
426
Okunma
Ay Mehriban öz Anam,
Gözlərimə göz Anam.
Hər nə dedim demədi,
Güldən ağır söz Anam.
Gül üzü torpaq oldu,
Saraldı yarpaq oldu.
Anam səfərdə öldü,
Yaylağım qışlaq oldu.
Dumanlı dağlar qaldı,
Saralmış bağlar qaldı.
Anam öldü, saraldım,
Ürəkdə dağlar qaldı.
Sözləri yaz buludu,
Gözləri yaz buludu.
Anam öldü, ay qələm,
Qan ilə yaz buludu.
5.0
100% (9)