Yenə yuxum qaçaq düşüb,...
* * *
Yenə yuxum qaçaq düşüb, Bu gecə - dözüm gecəsi. Yeyib bitirəcək məni Ömrün ən uzun gecəsi. Oyanacaq xatirələr, Elə ki, oyaq biləcək. Keçmişin künc-bucağından Kimlər tökülüb gələcək. Fikrim, beynim tutmayacaq Bu qədər qonaq-qaranı. İçindən bir cığal çıxıb Qarışdıracaq aranı. Yenə üzü bozaracaq Gün görməyən ayın, ilin. Qılıncı qından çıxacaq Sözünü kəsdiyim dilin. Ölüb gedən arzuların Qanı üzümə duracaq.. Bu gecənin şimalında Bir şeiri ayaz vuracaq. TƏRANƏ TURAN RƏHİMLİ |
Göğ garanlığ atıf pusu
Bilmem ki ne ister benden
Bilmer sinif aşğın pası
Çığmaz ruhtan ve bedenden
Nefesi
Güzel dizelerdi kutlarım şiirinizi.
Saygılar