Gedək
Üz döndərdim üzü dönük dostlara,
Nə gərək var etibarsız kəslərə, Qoşulmayaq yaxşılara,pislərə Gəl tut əllərimdən ,uzağa gedək! Bir dünya həsrəti qoyaq geridə, Gəlməsin bizimlə dərdin biridə, Bizimlə gedəcək olsaq harada Bəxtimiz qoyarmı qabağa gedək? Quraq xəyalları göyün üzündə Sevgim körpə kimi yatsın dizində, Qapılıb dalğaya eşq dənizində Bütün kəm gözlərdən irağa gedək! Qəlbimin aynası sevincə möhtac, Dünyaya gözüm tox,ruhum isə ac, Sevgimi,həsrətmi,sən birini seç Orada əbədi qalmağa gedək! Dilarə Süleyman |