Gizlənib
Mən Mövlanə aşiqiyəm
Həsrətimdə sirr gizlənib Əməl mələyə bənzəmir Niyyətimdə pir gizlənib. Sev dedi insanı Tanrım, Hacət ipi hanı, Tanrım? Əvvəli, həm sonu Tanrım Canda ruhum hürr gizlənib. Xasiyyətim qara torpaq Günah qara , əzabı ağ, İçimdəki körpə uşaq Bir dəlisov kür gizlənib. Dərvişə dardı dünya, dar! Vicdanın haqq-hesabı var. Bəyazlatmaz yağış, ya qar Paklığımda kir gizlənib. Üz tuturam göyə niyə? Yerim haradı dönməyə? Göyə gedim deyə-deyə Gözlərimdən yer gizlənib. Qəddimi bükdüm yoluna Haqqım təslimdir əlinə Yiyə dur gözdə telinə Öz gözündə tir gizlənib. Dilarə Süleyman |
saf şiir tarafından 5/29/2020 11:56:45 PM zamanında düzenlenmiştir.