Mənim
Alışdı can oduna,can dediyim canım mənim,
Yoxdu səndən özgə varım ,yarım,cananım mənim. Qamətim əymiş günahın yükləri dağ boydadır, Bir nicat ilməsinə sarılmış imanım mənim. Sən buraxma ruhumu ,nəfsim məni kor eyləmiş, Hökmünə əyilməklə ucalsın qoy şanım mənim. Ver cəza,əz cismimi,yax atəşə ,başdan yarat, Qəlb huzur bulmaqdan aciz ,sənsən dərmanım mənim. Eylə ilham eşqini,zülmətdə tək nur ol mənə, Neylərəm kor gözləri gəlməzsən ey danım mənim! Gül kimi açmış da solmuş ,ətrini vermiş yelə, Bağladı könlüm gülün dünyaya fidanım mənim . Nemətin vəslindən əvvəl əslini gördüm ki mən, Boş keçən illər yanında dopdolu anım mənim. Ey eşqinə qul eyləmiş rəhimli sultanım mənim, Dilarə bitmiş,hüzurunda Süleymanım mənim. |