MəktubBəlkə qarlı yolun, igidim qoçum ? Bəs etdi canıma gəlsənə barı. Könlümlə aram yox, olmaya gecəm, Elinə bir xəbər salasana bari. Ucu yanıq məktub, saldım obama, Ərz etdim halımı anam, atama. Sarı dana necə dedim nənəmə? Gizli işarəmi bilsənə bari. Sarı dana körpə, düyəyə döndü, Bu ildə bəsləndi, yaxşı böyündü, Sarı gız doğubdur südü bol indi, Nehrədə ayran var gəlsənə bari. Bəxtinə nur kimi işıq ələnsin, Aynalı beşiyə balam bələnsin. Şərəftərdən ağrı yolum dolansın Bayrama gələrəm biləsən bari. Mali kənd noxutdur, sərkiz də pəncər? Əkini arpanı, sənsiz kim biçər. Biləsən bağrımda yoxluğun xəncər, Bamyələr düzüldü gəlsənə bari. Tuzsuz"un qoynundan aşaram bir gün, Şəhər körpüsünə enərəm bir gun. Dəyirman başından qaçaram bir gün, Səbri, qərarımı bilsənə bari. Düyünlərdə halay, simsim hudayda, Ölən itən yoxdur, elin Varay"da. Bu ayda olmazsa, gələcək ayda, Balan sünnət olur gəlsənə bari. Bu zalım gurbətdə oldumsa əsir, İncidir demişdin hördüyün həsir. Zaman pozulubsa mən də mi qüsur, Elinin halını bilsənə bari. Bir getdin, pir getdin, bu necə dönmək, Yolun azmısansa söylə biz gələk. Çox mu cətin gəlir qatara minmək, Nə olar qurbanam gəlsənə bari. Belə sitəm etmə küsər Figani, Ambar boş, kisə boş, aş gərək hanı. Rızqın dalıncayam az qaldı yəni, Sirrini açmaram bilsənə bari. Kul Figani ( Erdem GÜMÜŞ) 12.07.2019 |
Elden ne gelir, şiirin iyilklerini yazmaktan başka...
Şiir çok hoş…
............................................... Saygı ve selamlar..