3
Yorum
10
Beğeni
5,0
Puan
490
Okunma
Xəyalım göy qurşağıdır,
Sən ağ rəngsən,mənsə qara.
Səni məndə gizləmişəm ,
Görünmürsən baxanlara.
Həsrətim bənövşəyidir,
Boynum bükük,qəlbim küskün.
Səbrim dəli dağ çayıdır,
Boz bulanıq,soyuq,üzgün.
Sevincim yamyaşıl meşə ,
Qəzəbim tünd qırmızıdır,
Həsrət xəzandır həmişə
Bu ömrümün payızıdır.
Xatirələr mavi dəniz,
Dalğalar coşur,durulur,
Yollar uzaq,yollar sənsiz
Gözümün kökü saralır.
Çəhrayıdır arzularım,
Arzulamaq nə qəşəngdir!
Baxma rəngim solğun ,mənim
Xəyallarım rəngbərəngdir!
Dilarə Süleyman
5.0
100% (7)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.