Tənhalar
Ev yıxar,ev tikər dildəki kəlmə,
Kimi daş gəzdirər ürək yerinə, Sən hər gördüyünə xoşbəxtdir demə, Tənhalar bənzəyir biri-birinə. Tənhalar üşüyər günəş altında, Fərq etməz kim gördü, kimi nə dedi, Bir tək hesabı var Allah qatında, Qalanı biri var, biri yox idi. Sən mənim əynimə gəlməzsən , sevgi! Səbrim qısa mənim, ürəyim geniş. Dilim acı zəhər olsa da bil ki, Şəkərdən şirindir hər qorxaq baxış. Ev yıxar,ev tikər dildəki kəlmə, kimi daş gəzdirir ürək yerinə, Dilarə, hər kəsə xoşbəxtdir demə, Tənhalar bənzəyir biri-birinə. |