MƏN BİR KƏND MÜƏLLİMİYƏMBir dağ kəndinin təzək iyi verən damında, Pəncərənin qırılmış şüşəsində xeyir yoxsa, Partalar sınıq, tavan axırsa, Bir də məmləkət sevdası ürəyini yandırırsa, Axtarma başqalarını, mən ordayam. Bilmək istəyirsənmi kim olduğumu? Mən bir kənd müəllimiyəm! Hər səhərin alaqaranlığında, Yeni bir xəyalla dərsə qaçaram. Şagirdlərim yerindəsə , varsa bir səbəb, Xoşbəxt bir gün yaşayaram. Dərd etmərəm altının islanmasını, Burnunun axmasını. Bir ana şəfqətiylə özüm yuyaram Onlar mənim balalarım, Gözüm kimi baxaram. Mən bir kənd müəllimiyəm! Təftiş qayğısı qorxutmaz məni. Yaxşı gəlmiş, pis gəlmiş, Heç də vecimə deyil! Vicdanımla başbaşayam, Allahın hüzurunda. Milli ruh oyada bilmişəmsə, Cücərtilərimin ruhunda Mən çox xoşbəxtəm! Mən bir kənd müəllimiyəm! Daxilim nəysə xaricim də odur. Qarşıdakı dağın yamaclarına, Hər dərsimin məqsədindən soruşun məni. Soruşun! Əlimdən , Məmmədimdən Aişəmdən, Əlif Bacımdan, Həsən Əmimdən, Hüsnə Nənəmdən. Soruşun! Çil xoruzdan, al daydan, qarabaşdan Sarı danadan, al öküzdən, sərçədən soruşun! Hamısı tanıyırlar məni. Mən onlardan biriyəm, Çünki kənd müəllimiyəm! Nə labaratoriya taparsan məktəbimdə, Nə xəritə. Nə odun, nə soba. Əgər yanmağa başlasa damlar, Nə su taparsan, nə vedrə. Ağırdır söyləməsi amma; Nə düz bir parta var, Nə də yaxşı bir lövhə. Mən bir kənd müəllimiyəm! Yoxluqlar içində varlıq. Sizə cücərtilərimi izah edim; Mənim cücərtilərim Daha kiçik, Əl boyda. Mən onlarla varam, Onlarla yaşayıram, Onlarla qalxar Onlarla düşərəm. Baxmayın tabaşir yaxılmış sifətimə, Ütüsüz pencəyimə, köhnə qalstukuma Mənimlə dünyaya baxanlar var, Mənimlə çağlayıb axanlar var. Peyğəmbər peşəsidir mənim peşəm, Öyünərək ,şərəflə söyləyirəm hər zaman, Mən bir kənd müəllimiyəm! Mən bir kənd müəllimiyəm! ŞİİR : AHMET KAYTANCI AZERİCEYE ÇEVİREN : GÜLNARE LEMAN-AFİK AĞDAMİ ŞİİRİ SESLENDİREN : GÜLNARE ALİYARKIZI |
selamların en yücesi ile.