Soy kökü kim olan....
Soy kökü kim olan...
ABD və əlaltılarına. Satqın Feto gördük,həmdəki Zərrab Sapı bizdən olan içdən qan xarab, Beləsi ayaqda damğalı corab, Olaraq iylənər qanına baxın, Soy kökü kim olan qanuna baxın... Səngimir dünyada haqsızlıq,savaş, Süni yaradılan PeKaKa, DEAŞ, “Demokrat” adlanır qatil terrorbaş, Hiyləli çıxışlı anına baxın, Soy kökü kim olan qanuna baxın... Türkə bu xox gəlir qanmaz başıyla, Tora saldıqları yan oğraşıyla, Anlamır məhv olar torpaq-daşıyla Mənə yol göstərən “bizona” baxın, Soykökü kim olan qanuna baxın... Eşid dediklərim unutma ancaq, İnsan ol,əqlində olsun qanacaq, Terror oyunlarla oldun oyuncaq, ABeDe hiyləsi hədyana baxın, Soy kökü kim olan qanuna baxın... Məni hədələmə,haqq mənlədi bil, Varlığım kim olub dünənlədi bil, Güc-qüvvəm haqq verən güvənlədi bil, Çakkaldan Boz Kurta hədyana baxın, Soy kökü kim olan qanuna baxın... Danışma tarixdən,keçmişim bəlli, Türk dövlət gücü də tarix təməlli, Vətənçün savaşım toy-düyün həlli, Əqidə gücümlə dövrana baxın, Soy kökü kim olan qanuna baxın... Türkə tərs baxana tərs şillə dəyər, Varlığı silkinib öndə baş əyər... Düşünüb Türk gücə verin ki dəyər, Haqqın tərəzisin qurana baxın, Soy kökü kim olan qanuna baxın... 2018. |
Nicelerine dileklerimle
Tebrik ediyorum selam ve saygılarla