Bak, özün danış...
Bax,özün danış...
Sil qəlbdən paxıllıq tamah nəfisin, Haqq ilə şimşək tək çax,özün danış. Bulaq ol,çeşmədən təmiz süzülən, Su kimi aramla ax,özün danış. Həyatın gəlişlə,gedişinə bax, İnsan əməlinin gərdişinə bax, Unutma,axirət köç işinə bax, Qulağa sırğa tək tax,özün danış. Haqqa yamaq olma,sədaqətli ol, Dost-tanış yanında ləyaqətli ol, Gördüyün hər işdə ədalətli ol, Olsun hər an üzün ağ,özün danış. Gəzmə günahları sən bunda,onda Xətalar edərsən şübhəli anda, Yetərək istəyə baxaraq sonda, Başını saxlayıb sağ,özün danış. Dayaq ol hər kəsə ağır günündə, Demirəm sən əyil kimsə önündə, Qabağı bağlayan duman,çənin də, Çəkilib görünsə dağ,özün danış. Axtarma özünə yüngül şöhrəti, Unutma Allahdan gələn qüdrəti, Qoru insanlıqda insan qeyrəti, Tamahdan ol gözü tox,özün danış. Həyat mübarizə,insan çalışqan, Bu gəliş,gedişə zaman alışqan, Haqsız haqqa tərəf olub dalaşqan, Bayram haqq yolundan bax,özün danış... |
Kutlarım..
.......................................... Saygı ve Selamlar..