Güdene yazık...
Güdənə yazıq...
İnsanlığın tamahgirlik gücü çox, Tamah aqibətin xeyir sonu yox, Haqq isə susqundur,tamah gücü tox, İnsanlıq siması itənə yazıq... Şər-böhtanla ömür günü keçirən, Dost-tanışa sözlə zəhər içirən, Ömür-günü günahlara köçürən, Paxıllıq içində bitənə yazıq. Eqoist xəyalla fikirdə qalan, Qəlbində mənəmlik,hərislik olan, Üzə durmaq ilə ixtişaş salan, Əyri yollar ilə gedənə yazıq. İstəyi mənəmlik,gözü tamahda, İnsana od vuran özü günahda, Haqdan ayrı düşən sözləri saxta Yalanla istəyə yetənə yazıq. Hər kəsin borcudur xidmət Vətənə, Nifrət eyləyirəm minnət edənə, Özünü öyərək hər bir yetənə, Sözlərlə, xidməti ötənə yazıq. Bayram,can borcun var bil ki Vətənə, Şəhid zirvəsində qəlbdə bitənə, İnanma boş sözlə dildə ötənə, Özəl xeyirini güdənə yazıq... |
Çok Beğendim...
Kutlarım...
........................... Saygı ve Selamlar.