Oynama...Oynama... Şeytan qəlblilərə Deyilsən milləti sevmək gücündə, Kinli,paxıl qəlbin böhtan içində, Şeytan soxulcanı qaynar içində, Gəz məndən aralı,közlə oynama. İnsanlıq yolunu çaşıb azırsan, Şər-böhtan atmağa cahil hazırsan, Özünə qəsd fərman özün yazırsan, Şərinlə məşğul ol,düzlə oynama... Hörmətdən kənarsan,bəd niyyətin bu, Özünə vurğunsan,həqiqətin bu, Dostluğa xainsən,sədaqətin bu, Haqsızsan,haqdakı üzlə oynama. Daladın hər kəsi min cür oyunla, Xox gəldin məsuma səsin,huyunla, Xəcalət çəkmədin ağıl,boyunla, Hamının gördüyü gözlə oynama. Dinmədik biz sənin şər-böhtanına, Dedik ki,insanlıq düşər yadına, Gördük yox,minərək şeytan atına, Atırsan boş sözlər,sözlə oynama. Bayram söyləmişdi,tut haqqın yolun, İnsan tək bu yolda gəl islah olun, Bilirlər xislətin hər sağın-solun, Dağa sapand atıb,düzlə oynama... |
Gönül duyguları tam akıcı olarak anlatılmış...
Gönül hoşluğuyla Kutlarım..
.......................................... Saygı ve Selamlar..