Dağıl a dünya...
Dağıl a dünya...
Sənin varlığınla işlərin saxta, İnsan talehini buraxdın baxta, Hiylə,möcüzənlə öyünmə çox da, Hər işin, əməlin nağıl a dünya, Bezdim varlığından,dağıl a dünya. Alçağa,nadana nə var verirsən, Məsum insanlara azar verirsən, Haqq yolun haqsıza yozar verirsən, Çəkərək şeytana sığal a dünya, Bezdim varlığından,dağıl a dünya. Bilmədin şərəfi,qeyrəti nədir, Böyüyə kiçiyə hörməti nədir, Ləyaqət deyilən sərvəti nədir? Barı abırına qaxıl a dünya, Bezdim varlığından,dağıl a dünya. Hiyləbaz,dələduz həddini aşır, Böhtanlı çəlləyin dolub da daşır, İnsanlıq yolunu azaraq çaşır, Gəl haqqın yoluna yığıl a dünya, Bezdim varlığından,dağıl a dünya. Mən səndə ədalət necə gəzim?-yox, Alıbsan səsimi çıxmır səsim yox, Sənlə danışmağa heç həvəsim yox, Böhtan əməlinlə yıxıl a dünya, Bezdim varlığından,dağıl a dünya. Bayramı çox çəkdin sorğu-suala, Haqsızlıq baş verən hər qalmaqala, Baxmadın insanda ağıl-kamala, Sənə gərəksizmiş ağıl a dünya, Bezdim varlığından,dağıl a dünya... 2015. |
Kalemin susmasın
_________________________________Selamlar