Danışma...
Danışma...
İnsan insanlığı anlamayırsa, Gəzərək aralı ondan danışma. Qanda virus olar,xəta virusu, Zədələr beyini,qandan danışma. Çənə boşalanda popuqay kimi, Mizrab dınqıldadar hey sarı simi, İxtişaş salmaqçün edib him-cimi, Girər min cür dona,dondan danışma. Sözünü bişirib çıxar ki birdən, Sənə söz atarlar xətalı yerdən, Çalış qorunasan böhtandan-şərdən, Bu günü unudub,sondan danışma... Həyat xali deyil,yaxşı,yaman var, Gördüyün hər işə zaman,aman var, Sonda sorğu-sual,böyük iman var, Cahilin coşduğu andan danışma. Sözün dəyəri var,incitmə sözü, Çeynəyib sözləri əzmə,de düzü, Dediyin yalanın qırx gündür üzü, Sözünü düz danış,yandan danışma. Bayram kənar gəz sən xəta,bəladan, İnsan cilidində olan aladan, Dəyməmiş,turşuluq olan kaladan, Üzüb də canını,candan danışma. |
Çok Beğendim…
………………..…………. Saygı ve Selamlar…