Yanarsan...
Yanarsan...
Əqli dönük “insan”lardan uzaq gəz, Xətalıdır,salar tora yanarsan. Gündə vədlə sözlər verər,düzü yox, İnancına vurar yara,yanarsan. İnsanlıqda döl dəyişir,kallaşır, Zəli kimi qanın sorub sallaşır, Qarın başla,yer dəyişib mallaşır, Beləsindən dur kənara,yanarsan. Nəfis gücü haqqı dirəyib tinə, Haram “sərvət”qoymaz halalı dinə, Dələduzlar quldur şeytana,cinə, Səbirli ol,düşmə zora,yanarsan. Küt beyindən din,imanı atan çox, Mənliyini qarın,pula satan çox, İnsanlıqda bu hal ilə batan çox, Ədalətə işlə yara,yanarsan. Məddahlıqla ömür sürüb qul olma, Mənliyinə hakim ol ki,çul olma. İnsan adla yaşa,ancaq kül olma, Çaşdırmasın haram para,yanarsan. Bu həyatın öz qaydası yönü var, Hər əməlin Bayram səsi-ünü var, Axirətin bir sorumlu günü var, İnsanlığı haqda ara,yanarsan... 10.04.2016. |
Beğenerek okudum…
Kutlarım…
……………………………….. Saygı ve Selamlar…