Meni sen eşkın ile...
Məni sən eşqin ilə...
Məni sən eşqin ilə saldın sevdalı tələyə, Sürüdün nazın ilə eşqlə belədən,beləyə. Eşq nədir anlamazdım,baxışınla vurğun edib, Saldın eşq atəşilə sevdalı əda kələyə. Bu yolun dərdi-səri intizarla qəlblər əzir, Baxmayır istək ilə ürəkdə arzu,diləyə. Daldırıb eşq xəyala təbibə var ehtiyacım, Ol özün təbibim ki,dərdim açım sən mələyə. Məni adətkar edib hicrana yoldaş etmisən, Əzabı belə verib salma sazaqlı küləyə. Bayramı öldürmüsən,baxışında nə var elə? Vurub sevda yarasın çevirdin eşqdə köləyə... 2015. |
Sevda yüklü çok değerli şiirinizi canı gönülden kutluyorum…
Gönlü ısıdan şiirleri beğendim…
………………………….. Saygı ve Selamlar…