Edecek...
Edəcək...
Yanma eşqlə bu qədər səni pərişan edəcək, Salaraq çölə,düzə əzablı bir can edəcək. Bu gediş çox düşürüb eşq atına minənləri, Qəlb əgər sevməyirsə sevdana nöqsan edəcək. Uyaraq hər yetənə aldatma özün eşq ilə, Eşq qəlbin titrətməsə istəyi viran edəcək. Gözlərin sirrini bil,çaş-baş edib canın alar, Qəlb hissi seçdiyini bil sənə canan edəcək. Eşq elə qüvvədir ki, həsrət ilə birgə gəlir, Dözməsən bu həsrətə sevdana divan edəcək. Eşq dərin duyğulu həm dəryadır ki sirri dərin, Bu sirri öyrənib üz,xam olsan tufan edəcək. Bayramın eşqi keçib söylədiyim hallar ilə, Aşiqlər duysa bunu, eşq gücü heyran edəcək... 09.01.2015. |
______________________________Selamlar