Çözübde gedir...
Çözübdə gedir...
Sazım öz səsini çıxara bilmir, Zamanın özündən küsübdə gedir... Dost-tanış salamı çəpəki verir, Bu baxış canımı üzübdə gedir... Dünənki baş əyib keçən gədələr, Şişərək kənardan edir hədələr “Kürsü”yə yalmanan murdar “çetelər”, Qarınçün ağzını büzübdə gedir. Zaman dəyişməyib,millət yadlaşır, Şəhvətçün” Anuşa”çökən “çatlaşır”, Bicləri qazanıb dərdə qatlaşır, Dağ,çölə soysuzu düzübdə gedir... Səbir kasası da dözməyir,daşır Türkün düşmənləri yolunu çaşır, “Mayası biz”olan,bizlə savaşır, Anuşla Nataşa süzübdə gedir... Elimə-obama dikilən gözlər Dönükmüş,yediyi qabını pislər. Tarix silinməyir hər günü izlər, Haqqa zaman susub dözübdə gedir. Verilən çörəyə naxələf çıxan, Dostluq,qardaşlığı böhtanla sıxan, Tanrının verdiyi haqq yolu yaxan, Milçək tək həyatda gəzibdə gedir. Bayram,bu həyatın dadın atıblar, Tarixi mirasın yadın atıblar, İnsanlıq sakinin adın atıblar, Yaradan haqq vaxtın çözübdə gedir... 2016. |
Kalemin daim olsun
_________________________Selamlar